Ağdamda Avtovağzal tikintisinə 465 min manatdan çox vəsait xərclənəcək

12:32 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Ağdam rayonunda avtovağzalın tikintisinin layihə smeta sənədlərinin hazırlanması işləri” tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Abicon” MMC olub. Şirkətlə 465 510 manat məbləğində müqavilə imzalanıb.