10:26 - 19.12.2022
19 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, dekabrın 17-də Prezident İlham Əliyev Rumıniyada çox mühüm saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində iştitak edib.
Mərasimdə Prezident bildirib ki, ötən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub.
Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir.
“Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub” deyə İ.Əliyev bildirib.