09:31 - 19.12.2022
19 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftə qalxdıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09: 20-də $0,70 (0,89%) artaraq bir barel üçün $79,74-a çatıb. Dekabrın 16 - da Brent markalı neft fyuçersləri fevral ayı üçün $2,17 (2,67%) ucuzlaşaraq bir barel üçün $79,04-a düşüb.
Saat 09: 20-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,66 (0,89%) artaraq bir barel üçün $74,95-a yüksəldi. Dekabrın 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri bir barelə $1,82 (2,39%) azalaraq $74,29-a düşüb.
Ötən həftə Brent markalı neft 3,86%, WTI isə 4,61% bahalaşıb.