10:45 - 16.12.2022
16 dekabr, Fineko/abc.az. "Rusiya avtomobil dilerlərinin anbarlarında 20-30 min ədəd yeni xarici markalı avtomobil qalıb. Cari satışların həcmi nəzərə alınsa, bu ehtiyatlar maksimum bir aylıq ticarət üçün kifayət edəcək".
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyasından bildiriblər.
Qeyd olunur ki, bu gün Rusiyada anbarlarda Kia, Hyundai, Toyota, Renault, Volkswagen kimi orta səviyyəli modellər demək olar ki, qalmayıb. Qalan avtomobillər əsasən bahalı Çin avtomobilləridir.
Assosiasiyanın məlumatına görə, 2021-ci ildə Rusiyada təxminən 1,7 milyon ədəd avtomobil satılıb, 2022-ci ilin sonuna isə dilerlərin təxminən 650 min avtomobil satacağı gözlənilir. Beləliklə, kəsir 1,1 milyon avtomobil təşkil edəcək. Ekspertlərin fikrincə, kəsir gələn il çətin ki, bağlansın.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026