09:55 - 16.12.2022
16 dekabr, Fineko/abc.az. Ötən sessiyada düşəndən sonar neftin etalon markalarının qiyməti cümə günü ticarətdə aşağı düşməkdədir.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09:44-də $0,16 (0,20%), bir barelə $81,05-a düşdü. Dekabrın 15-də Brent markalı neftin fevral fyuçersləri $1,49 (1,80%) azalaraq bir barelə $81,21-a enib.
Saat 09:44-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,20 (0,26%) azalaraq bir barelə $75,91-a düşüb. Dekabrın 15-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri bir barelə $1,17 (1,51%) azalaraq $76,11-düşüb.