Azərbaycan OPEC+ sazişini 124% yerinə yetirib

15:27 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. 2022-ci ilin noyabr ayında Azərbaycanda neft hasilatı 550 min b/s təşkil edib.

ABC.AZ-a Energetika Nazirliyindən xəbər verildi ki, 2022-ci ilin noyabr ayında Azərbaycanda kondensatla gündəlik neft hasilatı 669 min barel təşkil edib ki, bunun da 550 min bareli neft hasilatına, 119 min bareli isə kondensata düşüb.

Noyabr ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın neft hasilatı üzrə kvotası 684 min b/s təşkil edib.

Beləliklə, Azərbaycan noyabr ayında OPEC+ sazişini 124,4% yerinə yetirib.