Azərbaycan iqtisadiyyatının bu sektoruna sərmayə qoyuluşu azalıb

12:33 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 263,9 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 12,2% azdır.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 854,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.