10:31 - 15.12.2022
15 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 56 min 92 ədəd minik avtomobili, 4 min 84 ədəd yük avtomobili, 349 ədəd avtobus idxal olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 68 min 24 ədəd minik avtomobili, 4 min 571 ədəd yük avtomobili, 186 ədəd avtobus idxal olunmuşdu.
Qeyd edək ki, Azərbaycanda minik avtomobili və traktorlar Neftçala, Naxçıvan və Gəncədə istehsal olunur.