Neft ucuzlaşır, Brent bir barelə $82,14 təşkil edir

09:55 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. Ötən sessiyanın yekununda artandan sonra neftin etalon markalarının qiymətləri cümə axşamı hərracında aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09:40-da $0,56 (0,68%) azalaraq bir barelə $82,14-a düşüb. Dekabrın 14-də baş tutan ticarətin sonunda Brent markalı neftin fevral fyuçersləri bir barelə $2,02 (2,50%) artaraq $82,70-a çatıb.

Saat 09:40-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,66 (0,85%) azalaraq bir barelə $76,62-a düşüb. Dekabrın 14-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri $1,89 (2,51%) artaraq bir barelə $77,28-a çatıb.