Bakıdan daha bir şəhərə uçuşlar başlayır – 650 manata

16:39 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

ABC.AZ xəbər verir ki, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcəkdir.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.

Yeni reyslə Bakıdan Fərqanəyə uçuş üçün biletlər 315-345 manat arasında dəyişir və gediş gəliş təqribən 650 manata başa gələcək.