Neft ucuzlaşır, Brent bir barelə $80,31 təşkil edir

10:20 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın yekununda artımdan sonra çərşənbə günü hərracda düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 10:07-də $0,37 (0,46%) azalaraq bir barelə $80,31-a düşüb. Dekabrın 13-də Brent markalı neftin fevral ayı fyuçersləri bir barelə $2,69 (3,45%) artaraq $80,68-a çatıb.

Saat 10:07-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,29 (0,38%) azalaraq bir barelə $75,10-a düşüb. Dekabrın 13-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri bir barelə $2,22 (3,03%) artaraq $75,39-a çatıb.