Bakıya yeni 10 qatar gətiriləcək – “ADY” sədri

11:02 - 13.12.2022


13 dekabr, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Rövşən Rüstəmov deyib ki, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.

Onun sözlərinə görə, yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək.