10:32 - 13.12.2022
13 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı hərracda neftin etalon markalarının qiyməti artmaqdadır.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 10:05-də $1,10 (1,41%) artaraq bir barelə $79,09-a çatıb. Dekabrın 12-də baş tutan Brent markalı neftin fevral fyuçersləri bir barel üçün $1,89 (2,48%) artaraq $77,99-a çatıb.
Saat 10:05-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,96 (1,31%) artaraq bir barelə $74,13-a yüksəldi. Dekabrın 12-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $2,15 (3,03%) artaraq bir barelə $73,17-a çatıb.
Keçən həftə hər iki neft növü 11%-dən çox dəyər itirdi.