Özbəkistanda qaz verilişində fasilə yarandı – Birneçə məmur həbs edilib

14:44 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Özbəkistanın vilayətlərində bir sıra energetika müəssisələrinin rəhbərləri həbs edilib.

ABC.AZ xəbər verir ki bu barədə ölkənin “UzA” saytı məlumat yayıb. 
Məlumata görə, onlar istehlakçıların qaz və elektrik enerjisi ilə təchizatında yaranan nasazlıqlara görə məsuliyyətə cəlb olunublar.

Bir gün əvvəl Özbəkistan Prezidenti administrasiyasının rəhbəri Sardor Umurzakov enerji resursları məsələləri üzrə qərargahın növbəti iclasını keçirib.
"İclasda qeyd olunub ki, qanun pozuntusuna yol vermiş, məsuliyyətsizlik nümayiş etdirən bəzi sahə rəhbərləri barəsində cinayət işi başlanılıb. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə “UzA” saytı məlumat yayıb.