11:01 - 9.12.2022
9 dekabr, Fineko/abc.az. Sərnişinlər şəhərlərarası və rayonlararası avtobuslara biletləri mobil tətbiq vasitəsilə ala biləcəklər.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, artıq vətəndaşlar avtovağzala gəlmədən "biletim.az" portalı və ya mobil tətbiq vasitəsilə avtobuslara bilet əldə edə biləcəklər. Bundan əlavə, avtovağzalların kassalarından da bilet almaq mümkün olacaq.