17:09 - 6.12.2022
6 dekabr, Fineko/abc.az. Budapeşt və Bratislava iki ölkə arasında qaz kəmərinin ötürmə qabiliyyətini genişləndirmək imkanını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə dekabrın 5-də Macarıstanın xarici işlər naziri Peter Siyarto slovakiyalı həmkarı Rastislav Kaçerlə danışıqlardan sonra bildirib.
"Qaz kəmərlərinin birləşdirilməsi Şimal-Cənub tranzit marşrutunda mühüm məqam yaradıb və Macarıstan Slovakiyaya birləşdirici konnektorunun ötürücülüyünü indiki ildə 1,75 milyard kubmetrdən 5,2 milyard kubmetrə çatdırmağa hazırdır", - deyə Peter Siyarto bildirib .
Nazir həmçinin qeyd edib ki, onların elektrik şəbəkələrinin birləşdirilməsi iki dövlətin enerji təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynamalıdır. Onun sözlərinə görə, bu, “çox yaxşı strateji qərar idi”.