09:57 - 5.12.2022
5 dekabr, Fineko/abc.az. 2021-ci ildə ilk 100-lüyə daxil olan silah şirkətlərinin satışının həcmi 1,9% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) dərc etdiyi hesabatda qeyd edilib. Hesabata əsasən, artımdan sonra satış həcmi 592 milyard dollar təşkil edib.
2020-2021-ci illərdə silah ticarəti artım nümayiş etdirsə də, onun dinamikası 3,7% səviyyəsində olan pandemiyadan əvvəlki səviyyədən aşağıdır. COVID-19 pandemiyası qlobal təchizat zəncirlərinə ciddi mənfi təsir göstərib.
Qeyd edək ki, Amerika şirkətləri əvvəlki kimi reytinqə başçılıq edir. İlk 100-lükdə 40 ABŞ şirkəti var və onların ümumi satışları 299 milyard dollar təşkil edib. İlk yüzlüyün beş lideri də ABŞ-dan olan şirkətlərdən ibarətdir.
18 Avqust 2026
17 Avqust 2026