11:32 - 1.12.2022
1 dekabr, Fineko/abc.az. Rusiyada sosial durum hər gün daha da pisləşir, qiymətlər isə durmadan artır.
ABC.AZ xəbər verir ki, ölkədə təbii qaz da bahalaşıb.
Belə ki, hökumətin sərəncamına əsasən, Rusiyada dekabrın 1-dən əhali üçün təbii qaz 8,5%, elektrik enerjisi 9% bahalaşdırılıb.
Rusiya hökuməti əhali üçün mənzil-kommunal xidmətlərin tariflərinin indeksləşdirilməsini 2023-cü il iyulun 1-dən 2022-ci il dekabrın 1-nə keçirib.
Hökumət tariflərin artırılmasını kommunal infrastrukturun yenilənməsi zərurəti və əvvəlki indeksasiyaların inflyasiyadan geri qalması ilə izah edib.
Qərara əsasən, sənaye üçün də qazın qiyməti 8,5% artıb.
21 Avqust 2026