Bu nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 9 ayda 37 milyondan çox ton yük daşınıb

10:52 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 milyon 829,6 min ton, yük dövriyyəsi isə 9 milyard 435,5 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, yüklərin 20 milyon 376,1 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 12 milyon 435,7 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 17,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 10 milyon 352,5 min tonunu tranzit yüklər təşkil edib.