16:49 - 21.11.2022
21 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, on ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb.
İtaliyaya ixrac 17 milyard 95,2 milyon ABŞ dolları, Türkiyəyə 3 milyard 224 milyon dollar, Hindistana isə 1 milyard 585,6 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır.
İtaliya ilə ticarət dövriyyəsi 17 milyard 354 milyon dollar, Türkiyə ilə 5 milyard 57,9 milyon dollar, Rusiya ilə 2 milyard 867,7 milyon dollar təşkil edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026