Ağdam-Xankəndi qaz kəməri tikiləcək

10:39 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, proqram 2022-2026-cı illəri əhatə edir.

Proqramda deyilir ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır.

Dövlət Proqramında qeyd olunur ki, 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib.