Azərbaycanda elektrik enerjisinin istehsalı 3 faizdən çox artıb - Hesabat

16:14 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2238,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,7 mln. kVt·st, yaxud 3,2 % artması deməkdir.

Energetika Nazirliyindən ABC.AZ- yaydığı məlumata görə, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 295,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 mln. kVt·st, yəni 3,8 % artaraq 23 748,6 mln. kVt·st olub.