11:24 - 16.11.2022
16 noyabr, Fineko/abc.az. 2022-ci ilin ilk 9 ayında Azərbaycanda istehsal edilən mühərrik yağlarının həcmi kəskin artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat müddəti ərzində Azərbaycanda 11.56 min tonluq mühərrik yağları istehsal edilib.
Bu, 2021-ci ilin ilk 9 ayında 4.1 min ton olduğunu nəzərə alsaq, bu illik bu məhsul istehsalının 3 dəfəyə yaxın artması deməkdir.
Hesabat müddəti ərzində ölkə ərazisində istehsal edilmiş hidravlik yağların həcmi isə 1.94 min ton təşkil edib, bu 2021-ci ildə 1.5 min ton idi.