12:04 - 15.11.2022
15 noyabr, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC tərəfindən Energetika Nazirliyi və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla gücü 8110 kVt/saat olan 7 qazanxana və bir istilik məntəqəsi tikilib.
ABC.AZ xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirilən brifinqdə deyib.
O bildirib ki, müxtəlif təyinatlı 16 binanın məhəllədaxili, həmçinin binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.