Neft bahalaşır, Brent-bir barel üçün $96,21

09:25 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftənin sonunda düşdükdən sonra bazar ertəsi baş tutan hərracda yüksəlir.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:15-də $0,22 (0,23%) - bir barelə $96,21-a yüksəldi. 11 noyabr keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $2,32 (2,48%) artaraq bir barelə $95,99-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr ayında fyuçerslərinin qiyməti saat 09:15-də $0,11 (0,12%) artaraq bir barelə $89,07-a çatdı. 11 noyabr ticarətinin nəticələrinə görə, bu müqavilələrin dəyəri $2,49 (2,88%) artaraq bir barelə $88,96-a yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2,62%, WTI nefti 3,94% ucuzlaşıb.