14:54 - 5.11.2022
5 noyabr, Fineko/abc.az. “Twitter” işçilərinin 50%-ni, moderatorlar ştatının isə 15%-ni ixtisar edib.
ABC.AZ-ın xarici mətbuata istinadən xəbərinə görə, bunu şirkətin təhlükəsizlik və etika prinsiplərinə riayət şöbəsinin rəhbəri Yoel Rot deyib.
Məlumata əsasən, kütləvi ixtisarlar ən az dezinformasiya ilə mübarizə şöbəsinə təsir edib.
İşçilər ixtisarlar haqqında “Twitter-dəki rolunuz” başlığı ilə göndərilən elektron məktubdan öyrəniblər.
Bununla yanaşı, şirkətin bütün ofisləri müvəqqəti bağlanıb.
Qeyd edək ki, İlon Mask “Twitter”i 2022-ci ilin oktyabr ayının sonunda alıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026