Qonşu ölkədə əsasən Aİ-95 benzini istifadə olunur

13:57 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Rusiyada 2022-ci ildə avtomobilinə Aİ-95 benzini alan sürücülərin sayı azalsa da, yenə də ölkədəki sürücülərin yarıdan çoxu Aİ-95 istifadə edir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Standard Bankının araşdırmasında bildirilir. 

Araşdırmaya görə, sürücülərin 47%-i Aİ-92 benzini, 53% isə Aİ_95 benzini istifadə edir. Bir il əvvəl isə Aİ-92 benzindən istifadə edənlər 42% idi. 

Həmçinin Bank bu il Rusityada ən çox alınan məhsuları da müəyyən edib. Bunlar çörək, ət məhsulları, süd, pendir və qəhvə olub. Bir il əvvəl bütün satış seklərinin 24%-i çörək olmuşdusa, bu il həmin göstərici 25%-ə yüksəlib.