Qatarlarda interval niyə çoxdur?

13:12 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Qatarlar arasınd interval stansiyaların yerindən asılıdır.

ABC.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov bildirib.

O qeyd edib ki, bəzən sıxlığı azaltmaq üçün intervalın aşağı salınması tələb olunur.

"Amma intervalı 2 dəqiqədən aşağı salmaq da mümkün deyil. İntervalı aşağı olan şəhərlərdə stansiyalar arasında məsafə azdır. Bu təxminən 500-1000 metrdir. Bizdə isə 2000-1500 metrə bərabərdir" deyə o qeyd edib. Baş mühəndis bildirib ki, hazırda qurumun tikniti işləri aparması üçün texniki imkanları kifayət qədərdir: "Sadəcə bizdən asılı olmayan bəzi məsələlərə görə, bu prosesin konkret tarxilərini demək olmur. Planlaşdırılan stansiyaların tikintisi üçün bizə torpaq sahələri ayrılıb və biz hər zaman həmin ərazilərə nəzarət edirik ki, biznesmenlər oraları zəbt edib kafe-restoran tikməsin".