10:52 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 49 milyon dollar, əsaslı xərclər isə təqribən 4 milyon dollar olub.
ABC.AZ xəbər verir ki, bu, bp-nin ilin üçüncü rübü ilə bağlı açıqladığı hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk doqquz ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,1 milyon kubmetr olub.