10:28 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bp hasilat və digər məsələlərlə bağlı hesabat açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabatda 2022-ci ilin ilk üç rübü ərzində Səngəçal terminalı təxminən 171 milyon barel neft və kondensat, o cümlədən 164 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 67 milyon standart kubmetr (təxminən 2 milyard 362 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.