Dövlətə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı təhvil verilib

17:32 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. 2022-ci ilin ilk üç rübündə AÇG-dən dövlətə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı təhvil verilib.

ABC.AZ bp-nin hesabatına istinadən xəbər verir ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Üçüncü rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir.

Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.