Bu platformalardan gündə orta hesabla 418 000 barel hasilat həyata keçirilir

17:24 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bp şirkəti hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda qeyd edilib ki, üçüncü rübdə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri 2022-ci ilin ilk üç rübündə AÇG-də 11 neft hasilatı və iki su injektor quyusu tamamlanıb.