10:12 - 3.11.2022
3 noyabr, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC tariflərin artırılması ilə bağlı heç bir müraciət etməyib”.
ABC.AZ xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
O qeyd edib ki, istilik xidmətləri və isti su xidmətlərinin qiymətləri müvafiq dövlət qurumu, yəni Tarif Şurası tərəfindən tənzimlənir.
"Ona görə də hansısa xidmətlərin qiymətlərinin artırılması məsələsi “Azəristilktəchizat” ASC-nin səlahiyyətinə aid deyil" deyə qurum rəsmisi söyləyib.