Üzərində Azərbaycan dilində markalanma olmayan mallar satışa buraxılmayacaq

17:10 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Azərbaycan dilində markalanması olmayan məhsulların Azərbaycana idxal olunmasının qarşısı alınacaq.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan dilində məlumatlar olmadıqda həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Bir sıra məhsullar var ki, idxal zamanı onların üzərində Azərbaycan dilində məlumatlar olmur, Azərbaycan istehlakçıları həmin məhsulların tərkibi, istehsal tarixi,  saxlanma müddəti, eyni zamanda məhsulun xüsusiyyətləri bardə məlumatları əldə edə bilmirlər. Buna görə Azərbaycan ərazisinə idxal olunan məhsulların üzərində Azərbaycan dilində məlumatlar olmalıdır, əks halda idxalına və dövriyyəsinə icazə verilməyəcək",- Təhməzli bildirib.