SOCAR “Vostok Oil” layihəsində iştirak edə bilər

14:55 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Rosneft” şirkətinin “Vostok Oil” layihəsində iştirak etmək təklifinə baxacaq.

ABC.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın rəhbəri Rövşən Nəcəf bildirib.

Bundan əvvəl “Rosneft”in rəhbəri İqor Seçin bildirmişdi ki, şirkət dostlarını layihə iştirakçıları arasında, o cümlədən SOCAR-ı görməkdən şad olacaq.

Nəcəf, SOCAR-ın təklifi nəzərdən keçirməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala belə cavab verib: "Bəli. Bütün təkliflər kimi nəzərdən keçiriləcək".

Seçinin sözlərinə görə, “Rosneft” “Vostok Oil” layihəsini qrafik üzrə həyata keçirməyə davam edir.