ABŞ-da Rusiya neftinin qiyməti kvotası ilə bağlı məsələyə yenidən baxılacaq

10:59 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. ABŞ prezidenti Co Bayden administrasiyası bir çox ölkələr ilə razılığa gələ bilmədiyi üçün Rusiya nefti üçün nəzərdə tutulan qiymət kvoyasına yenidən  baxmağa məcbur olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, Rusiya neftinin qiymət həddinin dekabrın 5-dək qüvvəyə minməsi nəzərdə tutulur.

Qiymət həddinin müəyyən edilməsi ilə bağlı bir sıra ölkələrin razılığının təmin edilməsinin mümkünsüzlüyü, Ağ Evdə bu tədbirin lazımi qaydada razılaşdırılmasa addımın atılması ilə bağlı qorxuya səbəb olub.

Belə ki, məhdudiyyət neft qiymətlərində yeni volatilliyə gətirib çıxara bilər.

Bayden administrasiyası benzinin qiymətinin artımasının və reytinqlərinin aşağı düşməsinin qarşısını almaq üçün bundan qaçmaq istəyir.