Çinin istehsalat sahəsi Azərbaycanın inkişafına töfhə verəcək - Səfirlik rəsmisi

15:29 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Ekspo Mərkəzində 80-ə yaxın Çin şirkətlərinin iştirakı ilə sərgi başlayıb.

ABC.AZ bər verir ki, açılışda Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi iştirak edib.

O bildirib ki, Çinin istehsalat sahəsi Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət töhfə verəcək, ölkələr arasında əməkdaşlığı gücləndirəcək.

Qeyd edək ki, sərgi 28 oktyabr tarixindək  davam edəcək.