İxraca göndərilən neft məhsullarının həcmi azalıb

11:09 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında ölkədən 515 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib.

Bu barədə ABC.AZ-a Dövlət Gömrük Komitəsindən  bildirilib.

Qeyd edilib ki, ixrac olunan məhsulların dəyəri isə 342 milyon ABŞ dollarından çoxdur.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 1 milyon 82,9 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 501 milyon dollar olub.