Bakıda Çin məhsullarının sərgisi açılır - Bu gündən

10:27 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Bakı Ekspo Mərkəzində Çin məhsulları sərgisinin rəsmi açılışı olacaq.

ABC.AZ xəbər verir ki, sərgidə müxtəlif sektorlardan 80-nə yaxın Çin istehsalçı şirkətinin məhsulları nümayiş etdiriləcək.

Sərgi 26-27-28 oktyabr 2022-ci il tarixlərində davam edəcək. İştirak pulsuzdur. İştirakçılar "Koroğlu" metrosundan sərgiyə avtobusla pulsuz çatdırılacaq.