Bu kəmərlə ixrac edilən neftə görə illik 14 milyon dollar tarif haqqı ödəniləcək - ARDNF-dən proqnoz

11:53 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Azərbaycanın Bakı-Supsa kəməri ilə ixrac etdiyi neftə görə xarici şirkətlərin illik tarif haqqı olaraq 14 milyon dollar ödəməsi proqnozlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) ABC.AZ-a bildirilib.

Fonddan qeyd edilib ki, sözügedən tarif geopolitik vəziyyətə görə dəyişə bilər.

Belə ki, Bakı-Supsa kəməri ilə ixrac olunan neft daha sonra bərələr vasitəsi ilə çatacağı ünvana Qara dəniz kəməri ilə nəql olunur.

"Məlumdur ki, hazırda Ukraynada müharibə vəziyyətinin mövcud olması bərələrin gedişinə təsirsiz ötüşmür. Bu isə neftin əvvəlkindən daha az nəql olunmasına gətirib çıxarır. Ona görə də tarif haqqı mövcud vəziyyətə görə dəyişir" deyə ARDNF-dən bildirilib.

Müəllif: Elmir Murad