10:19 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. SOCAR üzrə cari ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.
SOCAR-dan ABC.AZ-a bildirilib ki, hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 faiz artıb.
Cari ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib.