10:29 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə əhalinin sosial durumu, insanların minimum əməkhaqqı ilə yaşayışı barədə yerli mətbuatda maraqlı məqalə dərc olunub.
ABC.AZ xəbər verir ki, məqalədə iqtisadçı ekspert Rauf Qarayev maraqlı məqamlara toxunub, daha sonra qeyd edib ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil.
Hər bir insanın istirahət etmək haqqı var: “Məsələn, bir ailədə 2 nəfər işləyir.
Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026