10:17 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Bəs, gəlin görək 210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?
ABC.AZ "Kaspi" qəzetində yayımlanan məqaləyə istinadən xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Rauf Qarayev deyib ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır:
“Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir.
Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026