Cəbrayılda “Şəfəq” elektrik stansiyasının inşası barədə danışıqlar aparılır

17:06 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. BP şirkəti ilə Cəbrayılda illikBP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, “Şəfəq” günəş elektrik stansiyası layihəsinin mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır.