10:09 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. ABŞ administrasiyası neftin qiymətini bir barel üçün 70 dollara endirməyə çalışmır, sadəcə olaraq bu qiymət səviyyəsində strateji ehtiyatı üçün neft alışını bərpa etməyə hazır olduğunu bəyan edir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Biz demirik ki, neftin qiymətini 70 dollara endirməyə çalışırıq. Biz bunu deməyə çalışmırıq. Biz deyirik ki, əgər bu qiymət 70 dollara düşərsə, o zaman şirkətlər bilməlidirlər ki, ABŞ hökuməti bazara alıcı kimi daxil olacaq", - Jan-Pyer izah edib.
Jan-Pyer həmçinin əmin edib ki, Vaşinqton çevik hərəkət edə və neftin “istənilən bazar dəyəri ilə strateji ehtiyatını artıra bilər”.
21 Avqust 2026