Neft bahalaşır, Brent barrel başına $92,45 təşkil edir

09:30 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftənin nəticələriində düşdükdən sonra bazar ertəsi günü baş tutan ticarətdə artır.

Brent neftinin dekabr fyuçerslərinin qiyməti London ICE Futures birjasında saat 09:15-də $0,82 (0,90%) - barrel başına $92,45-ə qədər artıb. 14 oktyabrda keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $2,94 (3,11%), $91,63 barrelə qədər ucuzlaşıb.

Saat 09:15-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi 0,75 (0,88%) - barrel başına $86,36-ə yüksəldi. 14 oktyabr ayının hərraclarının nəticələrinə görə, bu müqavilələrin dəyəri $3,50 (3,93%), barrel başına $85,61-ə düşdü.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 6,42%, WTI nefti 7,59% ucuzlaşıb.