Bu tarixədək 2 yataqdan 122,6 milyard kubmetr həcmində qaz ixraca nəql edilib

15:38 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 200 milyard kubmetr, “Şahdəniz”dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 122,6 milyard kubmetr həcmi ixraca nəql edilib.

ABC.AZ Energetika nazirliyinə istinadən xəbər verir ki,2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.

Hesabat dövründə 19,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,6 milyon tona yaxın konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.