Bu ayın sonundan Soçi-Bakı birbaşa uçuşları başlayır

12:08 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. “Rossiya” aviaşirkəti oktyabrın 31-dən etibarən Soçi-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Aeroflot” şirkəti məlumat yayıb.

“Oktyabrın 31-dən etibarən Soçidən Bakıya birbaşa reyslərə start verilir”, - deyə məlumatda bildirilir.

Uçuşlar “SuperJet 100” tipli təyyarələrlə hər gün həyata keçiriləcək.