15:28 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin ümumi dəyəri 6 milyard dollardır.
ABC.AZ xəbər verir ki, bu barədə layihə üzrə dayaq bloklarının təqdimat mərasimində BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri Nill Filips deyib.
O bildirib ki, məbləğin demək olar ki, yarısı - təqribən 3,2 milyardı tikinti və digər işlərə sərf olunur.
"Qalan hissəsi isə istismar müddətinin sonuna qədər digər işlərə xərclənəcək”, - deyə baş menecer qeyd edib.