"Porsche" avtomobil şirkətinin bazar dəyəri bu qədər artacaq

10:50 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Lüks avtomobil istehsalçısı Porsche-nin səhmlərinin investorlara ilkin təqdim edilməsi ilə (İPO) bağlı təfərrüatlar məlum olub.

ABC.AZ xəbər verir ki, Almaniyanın "Volkswagen" şirkəti, lüks avtomobil istehsalçısı Porsche AG-nin IPO-da təkliflərin toplanması üzrə qiymət diapazonunu müəyyən edib.

Açıqlamaya görə, IPO üzrə qiymət diapazonu 76,50 - 82,50 avro olaraq müəyyən edilib.

Əgər kütləvi təklif bu qiymət aralığının yuxarı hissəsində baş tutsa, Porsche AG-nin ümumi bazar dəyəri 75 milyard avro olacaq.